Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı rayonunda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub.
Dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi.
Bildirildi ki, burada ümumilikdə 191 fərdi ev var. Onlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18 ev də var.
Evlərdə sakinlərin rahat yaşaması və istirahəti üçün zəruri şərait yaradılıb. Evlər elektrik enerjisi və qazla təchiz olunub. Həmçinin ərazidə kommunikasiya layihələri, o cümlədən məhəllədaxili yolların yenidən qurulması icra olunub. Sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.
Qeyd edək ki, hərbi qulluqçuların xidməti evlərlə təmin olunması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindəndir. Bu yanaşma ilk növbədə hərbi qulluqçuların, onların ailələrinin sosial qayğılarının həllinə xidmət edir. İndiyədək minlərlə hərbçinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların dövlət vəsaiti hesabına mənzillərlə təmin edilməsi istiqamətində konkret layihələr icra olunub.
TREND
- Bu ilin yanvarından indiyədək 6 vəkil Kollegiyadan xaric olunub,
- Narkotik şəbəkəsinə ağır zərbə – VİDEO
- Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi
- Hesablama Palatası işçilərinə 13 milyon manata yaxın əmək haqqı ödəyəcək
- AQTA-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
- Azərbaycanda 45 dövlət qurumunun maliyyə hesabatları yoxlanılacaq
- Azərbaycanın buğda idxalında Rusiyanın payı kəskin artıb
- Ağdaşda gənclərə xaricdə təhsil imkanları barədə məlumat verilib


