Amerikanın alkoqolsuz içki istehsalçısı “PepsiCo”nun Azərbaycandakı törəmə şirkəti barəsində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cərimə protokolu tərtib edilib.
BAKU.NEWS Bakıvaxtı.az-a istiandla xəbər verir ki, DGK “Pepsico Azərbaycan” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.
Bildirək ki, şirkət 2020-ci ilin iyul ayında, 2021-ci ilin sentyabr ayında və 2022-ci ilin iyun ayında eyni maddə ilə məhkəməlik olub.
Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.


