2022-ci ilin birinci rübündə “Paşa Bank”ın aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz artıb.
BAKU.NEWS-un məlumatına görə, bunu bankın İdarə heyətinin sədr müavini Bəhruz Nağıyev deyib.
Onun sözlərinə görə, bu göstərici 7,434 milyard manatı ötüb.
“Bankın kredit portfeli 2,587 milyard manatdan bir qədər çox olub. Müştərilər qarşısında öhdəliklər 6,86 milyard manatı ötüb”, – deyə o bildirib.
B.Nağıyev əlavə edib ki, “Paşa Bank”ın korporativ seqment üzrə dövriyyəsi təxminən 17 milyard manat, KOB seqmenti üzrə 1,772 milyard manatdan çoxdur.


