Noyabrın 19-u Gəncə şəhərində baş vermiş partlayış nəticəsində xəsarət alan 1977-ci il təvəllüdlü Sahibə Verdiyeva vəfat edib.
BAKU.NEWS xəbər verir ki, o müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanası dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Gəncə şəhərinin Əlişir Nəvai küçəsində baş verib. Partlayış nəticəsində evin müəyyən hissəsi uçub. Evdə Sahibə Verdiyeva və oğlu Əli Verdiyev olub.


