Dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır.
Bu barədə BAKU.NEWS-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb vulkan püskürməsidir.


