Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyinin nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və nümayəndə heyətinin rəhbəri, Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyinin sədr müavini İlxom Xalpayev arasında keçirilmiş görüşdə ötən gün Şuşada keçirilmiş Türk Biznes Forumunda iki qurum arasında imzalanmış Yol Xəritəsinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.


