“Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərar verilib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən:
– dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək:
– nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödəniləcək;
– nəzərdə tutulan şəxslərlə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün 50 manat məbləğində əlavə vəsait ödəniləcək.
Bu qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
TREND
- İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
- Sea Breeze ərazisində möhtəşəm CineMastercard kinoteatrı açılacaq – FOTOLAR
- Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
- Azərbaycan Zəfərdən sonra: Sülh, təhlükəsizlik və müstəqil xarici siyasət
- Fitch: “Italiana Petroli”nin alınması SOCAR-ın biznes diversifikasiyasını yaxşılaşdıracaq
- Yeni Azərbaycanı yeni uğurlara aparan siyasi qüvvə
- Azərbaycan oftalmologiyasının elmi potensialı Daşkənddə təqdim olunub
- Xalq artisti evdə yıxılıb xəsarət aldı


