Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü Qazaxıstanda keçiriləcək.
BAKU.NEWS xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, cari ilin oktyabr ayında TDT-nin X sammiti Türküstanda baş tutacaq: “TDT-yə sədrlik Qazaxıstana keçəcək. Bu müddət ərzində bir sıra əlamətdar tədbirlər keçirməyi planlaşdırırıq”.


