“Nəsil ağacı” filmi bu dəfə ARB 24 televiziya kanalında yayımlanacaq.
Bu barədə BAKU.NEWS-a filmin prodüseri Elnur Nifteliyev məlumat verib.
Onun sözlərinə görə, sabah saat 11.15-də ARB24 telekanlında “Nəsil ağacı” filmi yayımlnacaq.
Qeyd edək ki, filmdə Qərbi Azərbaycandan deportasiya edilən həmvətənlərimizdən, məşhur ailələr, ziyalılar və nəsillərdən bəhs olunur. Film bir neçə ailənin hekayəsi timsalında hazırlanan ensiklopedik ekran əsəri olmaqla Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub.
Filmin ssenari müəllifi Ayaz Mirzayev, prodüseri Elnur Nifteliyev, rejissoru Zaka Guluyev, operatoru Vüqar Şıxəliyev və montaj rejissoru Elmar Tariyelogludur.


