Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb.
BAKU.NEWS xəbər verir ki, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 1,03 % ucuzlaşaraq bir barrelə görə 54,53 dollar olub.
“WTI” markalı neftin fevral fyuçerslərinin qiyməti isə 0,94 % ucuzlaşaraq bir barrelə görə 51,87 dollar təşkil edib.


