Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 1,5 milyon manat xalis zərərlə başa vurub. Halbuki, kredit ittifaqları ötən ilin eyni dövründən 0,1 milyon manat mənfəətlə çıxmışdı.
BAKU.NEWS Redaksiya-ya istinadən xəbər verir ki, 9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,6 milyon manat (illik müqayisədə 5,9 % az), xərcləri 0,9 milyon manat (10 % az), xüsusi ehtiyatlara ayırmaları 2,2 milyon manat (3,7 dəfə çox) təşkil edib, mənfəət vergisi ödəmələri olmayıb (100 % azalıb).
Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 10,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,7 % azdır. Bunun 9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 18,9 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 7,4 % azalaraq 2,5 milyon manata, balans kapitalı isə 20,4 % azalaraq 8,2 milyon manata düşüb.
Report


