Azərbaycan sabitlik adasıdır.
Bunu Prezident İlham Əliyev Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
O bildirib ki, hər kəs öz ev tapşırığına diqqəti yönəltməlidir:
“Digər ölkələrdə baş verənlər onların öz işidir. Biz öz ölkəmizdə hər hansı bir hörmətsizlik üstünlük hissindən azadıq. Bizə kimsə diqtə etsin, biz bundan tam azadıq. Biz öz dəyişməyən mövqeyimizlə fərqlənirik. Azərbaycanda əldə olunmuş bu 35 illik nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə olunub. Hər hansı bir beynəlxalq yardım olmayıb. Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadiyyatına, fəaliyyətinə baxsaq, görərik Azərbaycanın rolu çox artıb. Bu gün Azərbaycan sabitlik adasıdır. Bizim müstəqil siyasətimiz bizə böyük hörmət qazandırıb”.


