Rusiyalı virusoloq, Rusiya Elmlər Akademiyasının akademiki İosif Atabekov bu gün Moskvadakı mənzilində ölü tapılıb.
BAKU.NEWS “Ren TV”yə istinadən xəbər verir ki, 87 yaşında ölən Atabekovun cəsədində zorakılıq izləri tapılmayıb.
İosif Atabekov transgen bitkilər üçün ilk rus patentinin müəllifidir. Lomonosov adına Moskva Dövlət Universitetinin Virologiya şöbəsinə rəhbərlik edib. O, ixtiralarına görə 35 müəllif hüququ sertifikatı və patent alıb.


