Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.NEWS-un xəbərinə görə, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobilin kombaynla toqquşması nəticəsində minik maşınının sürücüsü – 23 yaşlı Çağırqanov Elnur və sərnişini 22 yaşlı Ləman Süleymanzadə hadisə yerində ölüblər. Məlumata görə, hadisə zamanı ölən sürücü Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşıdır.


