Bu gün Media və Yayım Şurasında Liberiyanın informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay ilə ikitərəfli görüş keçirilib.
Görüşdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Azərbaycan ilə Liberiya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq perspektivlərinin, təcrübə mübadiləsinin genişləndirilməsinin və informasiya mübadiləsi sahəsində qarşılıqlı əlaqələrin inkişafı etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
O bildirib ki, mədəniyyətlərarası dialoqun təşviqində, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində və ölkələr haqqında obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır.
Liberiyanın informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay Azərbaycanla media və kommunikasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, institusional əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi perspektivlərini vurğulayaraq, rəqəmsal transformasiya proseslərinin əhəmiyyəti və sözügedən istiqamətdə strateji tərəfdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini xüsusi olaraq qeyd edib.
Görüş zamanı həmçinin media sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müasir kommunikasiya texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
TREND
- YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
- “Paşa Sığorta”nın istiqraz portfelində ciddi azalma – 43 milyon manat “əriyib”
- Sevda Hacıyeva ölkə başçısı tərəfindən təltif edilib
- İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib – Siyahı
- YAP Hacıqabul rayon təşkilatında yeni strateji hədəflərin icrası müzakirə olunub
- “Kristal”ın sahibləri nə qədər qazanır? – RƏQƏMLƏR
- Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib
- “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında “Meyvələr” kolleksiyası nümayiş olunub


