28 oktyabr tarixində Media və Yayım Şurasında Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud ilə ikitərəfli görüş keçirilib.
Görüşdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Azərbaycan ilə Somali arasında media və kommunikasiya sahəsində əməkdaşlıq imkanlarının qiymətləndirilməsinin, informasiya mübadiləsinin genişləndirilməsinin, media sahəsində təcrübə mübadiləsinin aparılmasının və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, ölkələrarası əlaqələrin təşviqində və ictimaiyyətin obyektiv məlumatlandırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır.
Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Abdulfatah Kasim Mohamud isə Azərbaycanla tərəfdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edərək, media və kommunikasiya sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və müasir informasiya mühitinin çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb.
Görüş zamanı rəqəmsallaşma şəraitində medianın inkişaf tendensiyaları, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin təmin olunması, süni intellektin və yeni texnologiyaların media mühitinə təsiri, eləcə də bu sahələrdə mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
TREND
- Elçin Qədimov AIREX 2026-da premium yaşayış və lüks layihələrin gələcəyini müzakirə edəcək
- XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib
- PAŞA Bank yeni bonus mil proqramına start verib
- Yasamalda məktəbdə bədbəxt hadisə baş verib – Şagird öldü
- Kaspersky barkod skanerlərində anbarlara kiberhücumlara yol açacaq boşluq aşkarlayıb
- “PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda növbəti “INMerge” İnnovasiya Sammiti keçiriləcək
- Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirilib
- İlham Əliyev: Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, iqtisadi inkişafa xələl gətirən cinayətdir


