Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
BAKU.NEWS xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.
Bakı Beynəlxalq Kitab Sərgisində “Qədim Qala” Nəşriyyatı da öz stendi ilə çıxış edir. Mədəniyyət naziri Adil Kərimli stendi ziyarət edib, nəşr edilən kitablarla maraqlanıb.
Qeyd edək ki,sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edirlər.






