Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.NEWS xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son söz deyib.
Maqsud Mahmudov son sözündə cinayət işi ilə bağlı zərərçəkmiş qismində tanınmış müğənnilər Vasif Məhərrəmli və Afət Fərmanqızıya söyüş söyməsindən danışıb. Təqsirləndirlilən şəxs hər iki müğənnini söydüyünü etiraf edərək dediklərindən peşman olmadığını deyib: “Bəli söymüşəm, yaxşı eləmişəm. Peşman da deyiləm”.
Maqsud Maqsudov lombard epizodu ilə bağlı ittihamları qəbul etmədiyini deyib.
Daha sonra prosesdə hökm elan olunub.
Hökmə əsasən, Maqsud Mahmudov verilmiş ittihamlarla təqsirli bilinərək 14 il azadlıqdan məhrum olunub.
Bundan başqa, hökmə əsasən, Maqsud Mahmudovun üzərinə həbs qoyulmuş Yasamal rayonu ərazisində yerləşən fərdi yaşayış evi və Səbail Rayonu Salyan Şossesində yerləşən ümumilikdə 24 sot torpaq sahəsi dövlət nəfinə müsadirə olunmalıdır.


