Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsində keçmiş çempionu Konor Makqreqor Şotlandiyanın “Seltik” klubunu almağa hazırlaşır.
BAKU.NEWS xəbər verir ki, qalmaqallı idmançı bu barədə öz “Twitter” səhifəsində pərəstişkarlarından birinin sualına cavab verərkən bildirib.
K.Makqreqor “Seltik” klubunun ən böyük səhmdarı olan Dermot Desmondun aktivlərini satın almağa hazırlaşıdığını vurğulayıb.
“Təkliflərə açığam. Kluba böyük fayda verəcək səviyyədə olduğumu düşünürəm”, – deyə 32 yaşlı K.Makqreqor söyləyib.


