Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanla ilk əyani görüş keçirib.
BAKU.NEWS xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova feysbuk səhifəsində bildirib.
“Yerevanda Rusiya və Ermənistan XİN başçılarının qısa görüşü keçirilib”, – deyə Zaxarova qeyd edib.
*Saat 14:03
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan Prezidenti Armen Sarkisyanla görüşüb.
BAKU.NEWS bildirir ki, bu barədə Rusiya XİN-in teleqram kanalında məlumat verilib.
“Segey Lavrov Ermənistan Prezidenti ilə görüşdü”, – məlumatda deyilir.


