Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,1 milyon manat xalis zərərlə başa vurub.
BAKU.NEWS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5 dəfə azdır.
Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,2 milyon manat (illik müqayisədə 9,1% çox), xərcləri 0,6 milyon manat (20% çox), xüsusi ehtiyatlara ayırmaları isə 0,7 milyon manat (36,4% az) təşkil edib.
Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 14,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,35% azdır. Bunun 12,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 4,6% kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 14% azalaraq 4,9 milyon manata düşüb, balans kapitalı isə 6,6% artaraq 9,7 milyon manata çatıb.


