Kosovo şimalda iki nəzarət-buraxılış məntəqəsini bağlayıb.
BAKU.NEWS xəbər verir ki, buna yerli serblərin avtomobillərindəki Serbiya nömrə nişanlarının Kosovo nömrələrinə dəyişdirilməsinə etiraz etməsi səbəb olub. Kosovo polisi əhalini digər keçid məntəqələrindən istifadə etməyə çağırıb.
Pink TV-nin məlumatına görə, Serbiya və Kosovonun inzibati ərazilərini ayıran xətt yaxınlığındakı “Brnyak” nəzarət-buraxılış məntəqəsi yaxınlığında silah səsləri eşidilib.
Bildirilib ki, avtomat silahdan açılan atəşin səsi yaxınlıqdakı kənddə eşidilib və bir neçə saat davam edib.


