Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət milli komandamız Polşada keçirilən III Avropa Oyunlarında 13-cü olub.
BAKU.NEWS xəbər verir ki, ilk dəfə böyüklərin yarışında iştirak edən gənc sablyaçılarımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin bürünc medalçısı Macarıstan seçmə kollektivinə 25:45 hesabı ilə uduzublar. Doqquzuncu yer uğrunda keçirilən qarşılaşmada Türkiyə yığmasına 31:45 hesabı ilə məğlub olan Murad Əkbərov, Maqsud Hüseynli, Saleh Məmmədov və Ayxan Xasıyevdən ibarət kollektiv 13-cü yer uğrunda keçirilən görüşlərdə Yunanıstan (45:43) və İrlandiya millisinə (45:30) qalib gəlib.
Qılıncoynatma idman növündə komanda yarışları Avropa çempionatı statusu daşıyır.
Rüfət Abdullayev


