Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib.
BAKU.NEWS bildirir ki, konfransda həmçinin, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.
Qeyd edək ki, Kəmaləddin Heydərov 2009-cu ildən Azərbaycan Boks Federasiyasına rəhbərlik edirdi.


