Futbol üzrə İtaliya B Seriyasında mövsüm may ayına qədər dayandırılıb.
BAKU.NEWS xəbər verir ki, buna çempionatda iştirak edən klublarda koronavirusa yoluxma hallarının çoxalması səbəb olub.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Çempionata mayın 1-nə qədər fasilə verilib.
B Seriyasında 34 turdan sonra “Empoli” klubu 66 xalla liderdir.


