İngiltərənin “Çelsi” klubu Avropa Super Liqasından çıxmağa hazırlaşır.
BAKU.NEWS BBC-yə istinadən xəbər verir ki, London təmsilçisi bu məqsədlə müvafiq sənədləri hazırlayır.
Buna yerli azarkeşlərin narazılığı səbəb olub. Təqribən minə yaxın fanat “Brayton”la XXXII turun ev oyunu öncəsi “Stemford Bric” stadionunun qarşısına toplaşaraq, “zadəganlar”ın Superliqa turnirində iştirakına sərt reaksiya veriblər.
“Çelsi” ilə yanaşı, ölkənin digər klubu olan “Mançester Siti”nin də turniri tərk edəcəyi gözlənilir.


