Bu ilin ilk 6 ayı ərzində mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 288, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin 6 ayın yekunlarına həsr olunan kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, həmin müddətdə qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Eyni zamanda 3 088 odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkarlanıb.
Bundan başqa, diqqətə çatdırılıb ki, hesabat dövründə qeyri-leqal dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 360 kiloqram çox, yəni 4 ton 318 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 254 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanıb məhv edilib. Bu növ əməllərə görə 41 cinayətkar qrup zərərsizləşdirilib, 2.652 şəxs cinayət məsuliyyətinə cəlb olunub.
TREND
- “İbrahim Tatlışiş” kabab evində at DNT-si aşkarlanıb – ŞOK
- Gürcüstanda gizlənən “Anar007” və milyonluq qumar dəstəsi çökdürüldü
- Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib
- Nazirin bacanağının sığorta biznesi zərərdə – şirkət kiçilib, gəlirləri azalıb
- Hava limanında gömrük qaydaları pozulmaqla ölkəyə gətirilən dərmanlar aşkarlanıb
- Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin olunub, Mustafa Abbasbəyliyə yeni vəzifə verilib
- Bu şəxslər vergi ödəməyəcək
- Sabah 38 dərəcə isti olacaq


