“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən , “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyəti səhmdarların nəzərinə çatdırır ki, 23 iyun 2021-ci il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
BAKU.NEWS Bankın İdarə Heyətinə istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnaməsinin 8.10-cu maddəsinə uyğun olaraq koronavirus (Covid -19) infeksiyasının yaratdığı pandemiya şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.


