Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azerbaycan Texnoloqiya Universtetinin və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə Ümumilli lider “Heydər Əliyev İli”nə həsr olunmuş İnkişaf Kuboku – 2 mini-futbol üzrə turnir start götürüb.
Nizami Yurdunda fəaliyyət göstərən dövlət və özəl İdarə, müəssisə və təşkilatları arasında baş tutan turnirin rəsmi açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, ATU-nin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, Telekom Basketbol İdman Klubunun direktoru Elçin Süleymanov çıxış edərək tədbir iştirakçılarını salamlamış və onlara yoldaşlıq görüşündə uğurlar arzulamışlar. .
Qeyd edək ki, yarışlar 5 ayadək Gəncədə yerləşən Azfar İdman Stadionunda davam edəcək. Turnirdə 17 komanda iştirak edir.
İlk üçlüyə daxil olacaq qalib komandalara kubok, medal və fəxri fərman veriləcək.
C.Quliyev


