Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözlədiyini bildirib.
BAKU.NEWS Redaksiya-ya istinadla xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Tanınmış fotoqraf Reza Deqatiyə Azərbaycanın itkin düşmüş şəxslərinə həsr etdiyi kitabı ona təqdim etdiyinə görə minnətdarlığını bildirən H.Hacıyev qeyd edib ki, fotoqrafın obyektivi vasitəsilə onilliklərdir yaxınlarının yolunu gözləyən minlərlə ailənin ağrısı bütün dünyaya çatdırılır.
Onun sözlərinə görə, minalarla yanaşı, itkin düşmüş şəxslər müharibənin ən ağır humanitar nəticələrindən biridir: “Hazırda 4010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Ərazilərimizin azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkar edilib, qalıqların çıxarılması və onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bununla belə, Ermənistandan hələ də 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik”.
Eyni zamanda, Azərbaycanın Ermənistandan 2020-2023-cü illərdə keçmiş təmas xətti boyunca basdırılan minaların xəritələrini gözlədiyi diqqətə çatdırılıb: “Bu minalar mülki şəxsləri öldürməyə və yaralamağa, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına mane olmağa davam edir.
Bu, sırf humanitar məsələdir. Bu məlumatların paylaşılması mühüm etimad quruculuğu addımı, keçid dövrü ədalətinin elementi və regionumuzda davamlı sülhə real töhfə olardı. Ailələr yaxınlarının taleyini bilməyə layiqdirlər”.
TREND
- Qarabağda qayıdışın yeni mərhələsi: Təkcə ev yox, həyat qurulur
- Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib
- İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb
- “Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik”
- “Azərişıq” ASC-nin daha bir elektron xidməti “mygov” platformasında istifadəyə verilib
- EİB, IFC və OeEB “Bank Respublika”nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
- Ali məktəblərdə 4,6 milyon manatlıq MALİYYƏ POZUNTUSU AŞKARLANDI
- “Xocalı” gəmisi RINA təsnifat cəmiyyətinin nəzarəti ilə aralıq yoxlamadan uğurla keçib


