Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamına əsasən, o, Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, Məleykə Abbaszadə 2000–2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, 2016–2024-cü illərdə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri, 2024-2026-cı illərdə isə DİM-in İdarə Heyətinin sədri vəzifələrini icra edib.
TREND
- Gənc violin ifaçısı Əsma Məmmədli Carnegie Hall səhnəsində Azərbaycanı təmsil edib
- Gürcüstan DTX-nin rəisi Bakıya səfər edib
- Paytaxtın daha 3 rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi
- Məleykə Abbaszadə BDU-nun rektoru oldu – SƏRƏNCAM
- Elçin Babayev vəzifəsindən azad olundu
- Ombudsman COP31-də keçirilən tədbirdə iştirak edib
- Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
- Sabah QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq


