Gürcüstanın müxalif “Qalib Gürcüstan” Partiyasının üzvü Quram Çalaqaşvili saxlanılıb.
BAKU.NEWS “Report”a istinadən xəbər verir ki, onun saxlanılmasına səbəb izibati qayda pozuntusu olub.
Qeyd edək ki, Q.Çalaqaşvili 2006-2007-ci illərdə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri olub.
2007-2013-cü illərdə isə o, Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasına rəhbərlik edib.


