06 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında aktuari şəhadətnaməsi almaq üçün “Qeyri-Həyat sığortası riyaziyyatı” mövzusu üzrə attestasiya keçirilmişdir. Qeyd olunan attestasiyada “Günay Sığorta” ASC-nin əməkdaşı da iştirak edib.
Şirkətin məsul aktuarisi Elgiz Həmzəyev attestasiya imtahanında 100 bal toplamaqla maksimal nəticə göstərərək namizədlər arasında ən yüksək nəticəni əldə etmişdir.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 5.5-ci bəndinə əsasən attestasiyada iştirak edən şəxs müvafiq mövzu üzrə 60 balı topladıqda attestasiyadan keçmiş hesab olunur.


