Polşanın paytaxtı Varşavadakı güləş üzrə Avropa çempionatında Azərbaycan təmsilçiləri də mübarizəyə başlayıb.
BAKU.NEWS xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançımız Əli Rəhimzadə 1/8 finalda qüvvəsini sınayıb.
O, Ermənistan təmsilçisi Gevorq Tadevosyanla qarşılaşıb.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəhimzadə 1/4 finala vəsiqə qazanıb.


