Göyçayda yaşayış evi yanıb.
BAKU.NEWS-un xəbərinə görə, hadisə rayonun Ləkçıplaq kəndinədə baş verib. Kənd sakini Malikə Qarayevaya məxsus ümumi sahəsi 160 kvadratmetr sahəsi olan birnərtəbəli ev əşyaları ilə birgə yanaraq yararsız hala düşüb. Əraziyə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı həyəcanlanan ev sahibi 79 yaşlı M.Qarayeva ürəktutmasından ölüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.


