Goranboy rayonunun Dəliməmmədli şəhərində “VAZ” markalı minik avtomobili ağaca çırpılıb.
BAKU.NEWS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1991-ci il təvəllüdlü Musayev Məhərrəm İkram oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


