Metronun “İçərişəhər” – “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarda “Gənclik” stansiyasında nasazlıq olub.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, qatar elektrik deposuna verilib və onun əvəzinə xəttə yeni qatar verilib. Ümumilikdə intervalı çıxmaq şərtilə 7 dəqiqə yubanma olub.
B. Məmmədov əlavə edib ki, hazırda qatarlar arasında intervallarla bağlı problem əsasən aradan qaldırılıb. “Həzi Aslanov” – “İçərişəhər” istiqamətində qatarlar ntervala uyğun hərəkət edirlər. Cüzi problem “Memar Əcəmi” – “Dərnəgül” sahəsində qalıb. 10-15 dəqiqə ərzində bütün xətlər üzrə intervallar tam şəkildə bərpa olunacaq.


