Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə və Yeni ilə həsr olunmuş saxlanılan şəxslər arasında stolüstü idman oyunları olan şahmat, dama və nərd yarışları keçirilmişdir.
Yarışın açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və 2 saylı İstintaq Təcridxanasının rəis müavini Elçin Bəkirov çıxış edərək, təcridxana sakinlərinin 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə təbrik etmişlər, yarışın iştirakçılarına uğurlar arzulamışdırlar.
Yarışın sonunda qaliblər və 2 saylı İstintaq Təcridxanasının bir sıra əməkdaşları Baş İdarə tərəfindən Fəxri fərmanlarla və diplomlarla təltif olunmuşlar.


