BAKU.NEWS xəbər verir ki, bu barədə “Qraparak” məlumat yayıb.
Bildirilib ki, Ermənistan Dövlət Nəzarəti Xidməti bir neçə gündür Milli Təhlükəsizlik Xidmətində yoxlama aparılır.
Məlumata görə, qurumun maliyyə-iqtisadi fəaliyyətinin yoxlanılması və sui-istifadə hallarının olub-olmamasının müəyyənləşdirilməsi tapşırılıb: “Bu isə Artur Vanesyana qarşı cinayət işinin başlanmasına əsas olacaq”.
Ermənistan Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Seda Aqbakyan məlumatı nə təkzib, nə də təsdiq edib.
Qeyd edək ki, sentyabrın 16-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan vəzifəsindən istefa verib. O, 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəisi müavini, 2018-ci il mayın 10-dan isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifələrində çalışıb.


