“Erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri aparılır”.
BAKU.NEWS-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Onun sözlərinə görə, hazırda həmin ərazilərdə işlər gedir:
“Müharibə zamanı ziyan dəymiş evlər bərpa olunacaq. Hazırda həmin ərazilərdə bir neçə qurum tərəfindən işlər gedir. Bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaq”.


