Bakıda “Business Hunter” biznes klubunun sahibkar və idarəçilərlə B2B görüşü (Tea talk) baş tutub.
BAKU.NEWS xəbər verir ki, tədbirə dəvətlilər sırasında EFA Group şirkəti də yer alırdı. Şirkətin həmtəsisçisi Fariz İsmayılov şirkətin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verdi.
Qeyd olunub ki, EFA Group 2010-cu ildə fəaliyyətə başlayıb. İstehsal sahəsinin üç istiqaməti üzrə ixtisaslaşıb. Şirkətin əsas missiyasi alıcıların istəklərini nəzərə alaraq yüksək keyfiyyətli məhsul istehsal etmək və məmnun müştəri auditoriyasını genişləndirməkdir.
Görüşdə 10-a yaxın sektordan, 20 iş adamı qatılmışdır. Tədbirdə, klubun təsisçisi İlkin Mirzəzadə biznes klub barədə detallı məlumatları təqdim etmiş, qarşıdan gələn tədbirlər və açılış mərasimi barədə məlumatları paylaşıb
Tədbirdə, sahibkarları ən çox maraqlandıran mövzu olan “İşçilərin seçilmə qaydası” barədə təlim keçirilib.







