“Sustainable Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ESG reytinqini “3” səviyyəsində saxlayıb, şirkətin qiymətləndirmə balını isə 41-dən 43-ə yüksəldib.
Bu barədə SOCAR-dan məlumat verilib.
Qiymətləndirmə zamanı SOCAR-ın ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, eləcə də ESG məlumatlarının açıqlanmasının genişləndirilməsi istiqamətlərində əldə etdiyi nailiyyətlər qeyd olunub. Bu nailiyyətlər SOCAR-ın hesabatlılıq prosesində aparıcı beynəlxalq standart və təcrübələri rəhbər tutduğunu, beynəlxalq investorların və maliyyə institutlarının şəffaflıq, müqayisəlilik və açıqlanan məlumatların keyfiyyəti ilə bağlı gözləntilərini nəzərə aldığını nümayiş etdirir.
Bundan əlavə, SOCAR-ın istixana qazı emissiyalarının azaldılması və ətraf mühitə təsirin idarə olunmasına sistemli yanaşmanın inkişaf etdirilməsi istiqamətində uğurları qeyd edilir. Neft-qaz sektoruna xas ekoloji çağırışlara baxmayaraq, qiymətləndirmənin nəticələri SOCAR-ın dekarbonizasiya və ekoloji məsuliyyət istiqamətində fəaliyyətini təkmilləşdirdiyini göstərir.
Qiymətləndirmənin sosial istiqamətində insan hüquqlarının qorunması və əmək münasibətlərinin idarə olunması üzrə beynəlxalq standartlara əsaslanan korporativ yanaşmalar, eləcə də yerli icmaların dəstəklənməsinə yönəlmiş təşəbbüslər qeyd olunub. Bununla yanaşı, üçüncü tərəflər, o cümlədən podratçılarla bağlı məlumatların məhdud açıqlanması qiymətləndirmədə təkmilləşdirilməli sahələrdən biri kimi vurğulanıb.
Korporativ idarəetmə sahəsində müstəqil auditor rəylərinin mövcudluğu, ikipilləli idarəetmə strukturu və ISO 31000 beynəlxalq standartının prinsiplərinə əsaslanan, şirkətin bütün fəaliyyətini əhatə edən risklərin idarə edilməsi sistemi nəzərə alınıb.
Qiymətləndirmənin nəticələri SOCAR-ın ESG idarəetməsinin inkişafı və korporativ hesabatlılığın şəffaflığının artırılması istiqamətində nailiyyətlərini əks etdirir. Dayanıqlı inkişafın idarə edilməsi, əsas göstəricilərin monitorinqi və məlumatların açıqlanması üzrə yanaşmaların təkmilləşdirilməsi şirkətin fəaliyyətində mühüm istiqamətlər olaraq qalır.
“Sustainable Fitch” tərəfindən dərc edilmiş məlumatla bu keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.sustainablefitch.com/corporate-finance/sustainable-fitch-affirms-socars-entity-rating-at-3-26-10-2026
TREND
- Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib
- Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
- Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi – Əli Əsədovdan QƏRAR
- “Sustainable Fitch” SOCAR-ın ESG reytinqini “3” səviyyəsində saxlayıb
- Məhkəmə Aynur Elgünəşi ev dustaqlığına buraxmadı
- FIFA U-15 Dünya Kuboku və Festivalı çərçivəsində qida təhlükəsizliyinə nəzarət tədbirləri davam etdirilir
- Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib
- AIREX 2026 Qarabağın bərpasına beynəlxalq marağın artırılmasına töhfə verəcək


