Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edir, nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları baxımından olduqca təhlükəlidir.
Bununla əlaqədar avtomobil icarəsi şirkətlərindən xahiş olunur ki, nəqliyyat vasitələrinin icarəyə verilməsi zamanı sürücülük vəsiqəsinin etibarlılığına, şəxsin yaşına və nəqliyyat vasitəsini idarə etmək hüququna xüsusi diqqət yetirsinlər. “Son zəng” tədbirləri ilə bağlı əyləncə məqsədilə məktəblilərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim etməsinlər.
“Belə hal aşkarlandığı təqdirdə həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək. Bu məsələdə göstəriləcək həssas yanaşma mümkün xoşagəlməz hadisələrin qarşısının alınmasına və məzun gününün təhlükəsiz şəraitdə keçirilməsinə xidmət edəcək”,- müraciətdə qeyd edilib.
TREND
- Ədliyyə Nazirliyinin daha bir neçə notariat xidməti “mygov”a inteqrasiya edilib
- İSB tərəfindən “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 10 manat kapitallı “TEF Constructi̇on” xaricə 1,2 milyon dollar köçürdü
- İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə: Qitələri birləşdirən yarışdan şəhərin gizli gözəlliklərinə açılan qapı
- Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
- Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq – “Boz kardinal” nə deyəcək?
- Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi
- Heydər Əliyevin diplomatiyası: Milli maraqlardan qlobal mövqeyə


