Bu il I yarısında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 217 milyon manat kredit verilib.
BAKU.NEWS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 24% artaraq 188,3 milyon manata çatıb.
Ötən 6 ayda İKZF istiqraz buraxmaqla 130 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 23,8% çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,7% artaraq 47,6 milyon manata çatıb.


