2018-ci ildə Kiyevin nəzarətinə qaytardığı bu mövqe verilirsə, müharibədə Ukraynanın yaxın şəhərləri ciddi təhlükə altına düşə bilər; Leonid Kravçuk: “Biz bilməliyik ki, Rusiya öz “fəlsəfəsində” qalır – Ukraynanı məhv etmək…”
BAKU.NEWS Musavat.com-a istinadən xəbər verir ki, Donbasda atəşkəs razılaşmasına baxmayaraq, mövqe döyüşləri davam edir. Bu gün separatçı qüvvələrin atdığı mərmi nəticəsində Ukrayna Birləşmiş Ordusunun 5 hərbçisi həlak olub, iki nəfər isə ağır yaralanıb. Məlumatı Ukrayna Birləşmiş Ordu Qərargahından təsdiq ediblər.
Hərbçilər Donetsk bölgəsinin Şumı kəndi yaxınlığında minaatanlardan atəşə tutulması nəticəsində həlak olublar.
Separatçılar Minsk razılaşmaları ilə qadağan olunmuş ağır pulemyotlardan, 82 mm minaatanlardan və avtomatik qumbaraatanlardan atəş açıblar.


