Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “Divarsız Məktəb” şagirdlərin inkişaf düşərgəsi” layihəsi uğurla yekunlaşıb.
Məqsədi şagirdləri ənənəvi sinif mühitindən kənara çıxaraq onlara hərtərəfli öyrənmə mühitini, şəxsi və sosial inkişaf imkanını təqdim edən, həmçinin asudə vaxtlarını səmərəli keçirərək şəbəkələşmələrinə şərait yaradan layihə çərçivəsində Kub İnkişad Modeli Azərbaycan dilinə tərcümə edilərək 24 saatlıq proqram halına salınıb və şagirdlər üçün təlimlər keçirilib.
Həmçinin layihənin davamlı olması məqsədilə şagirdlər üçün təlimlər yekunlaşdıqdan sonra məktəbin ibtidai sinif müəllimləri ilə görüş keçiriləcək proqram onlara da təqdim edilib.
Qeyd edək ki, şagirdlər üçün 3 günlük düşərgə də keçirilib. Bunun sayəsində ibtidai sinifdə təhsil alan şagirdlər təlimlərdə əyani öyrəndiklərini düşərgə vasitəsilə praktiki tətbiq ediblər.
Xatırladaq ki, layihə Lənkəran rayon Qurumba kənd ümumi orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şamxal Hacıyev tərəfindən həyata keçirilir.






