Milli Etalon Vaxtı – UTC (AZ)-ın nümayişi ölkədə beynəlxalq səviyyədə təsdiqlənmiş dəqiq vaxtın göstərilməsini təmin edir, vətəndaşlara saatlarını buna uyğun şəkildə tənzimləmə imkanı verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən ölkədə vaxt etalonunun tətbiqi ilə əlaqədar daha bir mühüm addım atılıb.
Artıq Dənizkənarı Milli Park ərazisində yerləşən “Saat qülləsi”ndə Azərbaycanın Milli Etalon Vaxtı – UTC (AZ) əks olunur. Bununla bağlı sözügedən qüllənin yaxınlığında ziyarətçilərin maarifləndirilməsi məqsədilə məlumatlandırıcı stend də quraşdırılıb.
Qeyd edək ki, “Saat qülləsi”ndə UTC (AZ)-ın göstərilməsi ölkədə beynəlxalq səviyyədə təsdiqlənmiş dəqiq vaxtın nümayişi ilə yanaşı, vətəndaşların saatlarını tənzimləyə bilməsi məqsədini daşıyır.
Qeyd: Milli Etalon Vaxtı – UTC (AZ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures – BIPM) tərəfindən 2025-ci ilin noyabr ayında təsdiq olunub, ölkədə vahid və etibarlı vaxt infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
TREND
- AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
- 12 milyonunu general, qalanını onlar qaytarıb…
- Xəzərin dibi ilə Azərbaycan üçün yeni gəlir mənbəyi: Transxəzər Fiber-Optik Rabitə Xətti
- Azərbaycan Mərkəzi Asiyanın yaşıl enerjisini Avropaya daşıyacaq – Kamal Hacıyev
- İnformasiya sistemlərinə qarşı kibertəhlükə: mütəxəssislər xəbərdarlıq etdi
- Azərbaycan mediası Prezidentin çağırışlarına uyğun fəaliyyətini daha da gücləndirəcək
- Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər
- İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü


