Qarabağdakı döyüşlər zamanı ölən daha bir erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Bildirilir ki, ölən əsgərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Qeyd olunub ki, atəşkəsin elan olunmasından bəri döyüş bölgəsində 1552 erməni əsgərin meyitləri aşkarlanıb.


