Çin və Rusiya mütəxəssisləri koronavirusa qarşı yeni peyvəndin birgə işlənməsi prosesini başa çatdırıblar.
BAKU.NEWS xəbər verir ki, bu barədə “İnterfaks”a Çinin Moskvadakı səfiri Çjan Hanhuey bildirib.
“İşlər Sankt-Peterburqda aparılıb və uğurla başa çatdırılıb. İndi istifadəsi üçün Rusiyanın icazə verən orqanları tərəfindən təsdiqlənməsi gözlənilir”, – Çin diplomatiyasının rəhbəri deyib.


