Cəlilabadda 21 yaşlı arvadını baltalayan Şəhriyar Bayramov tutulub.
BAKU.NEWS bildirir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev deyib.
O bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanılıb.
Ş.Bayramov şübhəli şəxs qismində saxlanılıb və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.


